Dünən keçirilən "Sevilya" - "Barselona" matçı qonaqların hücumçusu Rafinya üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, braziliyalı hücumçu het-triklə yadda qalıb.
Bununla da futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla keçirdiyi 8 oyunda 14 qol vurub.
"Barselona" tarixində heç bir futbolçu mövsümün ilk səkkiz oyununda bu qədər çox qol vurmamışdı.
Qeyd edək ki, sentyabrın 20-də baş tutan görüşdə Kataloniya təmsilçisi səfərdə "Sevilya"nı 3:1 hesabı ilə məğlub edib.