Misli Premyer Liqasının 6-cı turuna Gəncədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Kəpəz" doğma publika qarşısında "Sumqayıt"la qarşılaşır.
Bir oyun az keçirən ("Qarabağ"la oyun təxirə salınıb) "Kəpəz" bu görüş ərəfəsində 6 xalla turnir cədvəlinin 6-cı, "kimyaçılar" isə 1 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu turdan sonra millilərinin oyunlarına görə Premyer Liqada təxminən 20 günlük fasilə yaranacaq. VII tura oktyabrın 9-da start veriləcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
19:00. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə. Şəhər stadionu.