İsrail çempionatında 5-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" səfərdə "Hapoel"in (Beer Şeva) qonağı olub.
Oyun müydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyatda qalan Rüfət 68-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, hazırda 3 xal olan "Kiryat Şimona" 3 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.