London klubuna rəhbərlik etdiyi ilk ildə "Çelsi"nin keçmiş sahibi Todd Boli Kriştiano Ronaldonu komandaya gətirməyə cəhd göstərib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Boli həmin dövrdə "Mançester Yunayted"də çətin bir dövr keçirən portuqaliyalı əfsanəni heyətə qatmaq istəyirdi. Lakin "Çelsi"də yekun qərar o vaxt "sükan arxasında" olan Tomas Tuxelə məxsus idi. O isə Ronaldonun "Stamford Bric"ə keçidinin qarşısını alıb. 

 

Boli artıq Ronaldonun agenti Xorxe Mendeslə danışıqlar aparsa da, Tuxelin mövqeyi Kriştianonun "Çelsi"yə transferinə mane olub.