"Hannover" Sandro Vaqnerin baş məşqçi postuna təyin edib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 

 

Tərəflər 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıblar.

 

Vaqner son olaraq "Augsburg"da çalışıb. 2023-2025-ci illərdə isə o, Almaniya millisinin məşqçilər korpusunda Yulian Naqelsmanın köməkçilərindən biri olub.

 

38 yaşlı Vaqner futbolçu karyerası ərzində Almaniya yığması ilə yanaşı, "Bavariya", "Hoffenhaym", "Verder" və bir sıra digər klubların formasını geyinib.

 

Qeyd edək ki, "Hannover" 2-ci Bundesliqa mövsümünə uğursuz başlayıb və ilk beş turda cəmi dörd xal toplayıb.