Sentyabrın 10-da Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

 

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu ilə – 12 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq. Ümumilikdə turnirdə 67 ölkədən 504 cüdoçu (308 kişi, 196 qadın) mübarizə aparacaq.

 

Sentyabrın 11-13-də keçiriləcək yarışın ilk günündə təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da başlayacaq. Görüşlər "Judo TV" və "CBC Sport" telekanalında canlı yayımlanacaq.

 

Azərbaycan cüdoçularının ilk rəqibləri:

 

Qadınlar

-48 kq, 1/16 final:
Könül Əliyeva – Mariya Sequnda (Anqola)

-52 kq, 1/16 final:
Aydan Vəliyeva – Andrea Stoyadinov (Serbiya)

-70 kq, 1/16 final:
Südabə Ağayeva – Tais Pina (Portuqaliya)

+78 kq, 1/16 final:
Madina Kaisinova – Qabriyel Buvye (Belçika)

Kişilər

-60 kq, 1/32 final:
Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan)

-60 kq, 1/16 final:
Murad Muradlı – Vahe Ağasyan (Ermənistan)

-66 kq, 1/16 final:
Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT)
Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi

-73 kq, 1/32 final:
Kamran Süleymanov – Natan Kadinyan (Fransa)
Rəşid Məmmədəliyev – Orlando Kazorla (Fransa)

-81 kq, 1/32 final:
Hidayət Heydərov – Benedek Tot (Macarıstan)
Vüsal Qələndərzadə – Odisseas Georqakis (Kipr)

-90 kq, 1/16 final:
Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi

-100 kq, 1/16 final:
Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi

+100 kq, 1/16 final:
Camal Qamzatxanov – İqor Vraçar (Serbiya)
Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya)