AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan çempionu "Sabah"a UEFA Çempionlar Liqasının əsas mərhələsindəki tarixi sınaq öncəsi uğurlar arzulayıb. Sport24.az xəbər verir ki, federasiya rəhbəri bu barədə sosial şəbəkə hesabında xüsusi paylaşım edib. Rövşən Nəcəf təbrikində belə qeyd edib:

 

"Azərbaycan çempionu "Sabah" futbol klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır.

 

Komandamıza bu nüfuzlu turnirdə uğurlar arzulayıram. İnanıram ki, futbolçularımız əzmkar mübarizə və baxımlı oyun nümayiş etdirərək azarkeşlərə əsl futbol həyəcanı yaşadacaqlar".

 

"Sabah" qitənin ən mötəbər klub turnirindəki ilk matçını səfərdə İngiltərə təmsilçisi "Mançester Yunayted"ə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.