Sankt-Peterburq "Zenit"inin və Rusiya milli komandasının sabiq hücumçusu Andrey Arşavin "Krasnodar"ın baş məşqçisi Murad Musayevi iyul və avqust aylarının nəticələrinə əsasən Rusiya Premyer Liqasının (RPL) en yaxşı məşqçisi adlandırıb. Sport24.az xəbər verir ki, rusiyalı mütəxəssis artıq qurum tərəfindən mükafata layiq görülüb.

 

Arşavin isə ekspert qismində səsvermə prosesində yer alıb.

 

Qeyd edək ki, vaxtilə Bakının "Sabah" klubunu da çalıştırmış Murad Musayevin rəhbərliyi altında "Krasnodar" iyul və avqust aylarında RPL-in ilk 6 turunun hamısında qələbə qazanıb. Komanda ilk xal itkisi ilə sentyabrın 5-də, 7-ci tur çərçivəsində "Krılya Sovetov"la səfər matçında (2:2) üzləşib.