"Barselona"nın idman direktoru Deku "Atletiko"nun hücumçusu Xulian Alvaresin baş tutmayan transferi ətrafındakı vəziyyəti şərh edib. Sport24.az xəbər verir ki, portuqaliyalı funksioner Madrid klubunun 26 yaşlı forvardı satmaq istəmədiyini bildirib:

 

​"Atletiko"ya ağlabatan təklif irəli sürdük, lakin heç bir cavab almadıq. Onlar sadəcə olaraq oyunçunu satmaq istəmirdilər. Eyni məsələdə sonsuza qədər təkid etmək olmaz. "Barselona" Xuliana Madrid klubunu tərk etmək istəyi barədə ictimai bəyanat verməsi üçün heç bir təzyiq göstərməyib. Bu, onun şəxsi qərarı idi".

 

Qeyd edək ki, argentinalı futbolçu ​2026/27 mövsümündə "Atletiko"nun heyətində bütün turnirlər daxil olmaqla 3 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. ​Alvaresin klubla qüvvədə olan müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.