"Trabzonspor" "Şaxtyor"un baş məşqçisi Arda Turana təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyənin "Ajansspor" agentliyi məlumat yayıb.
Mənbənin özlərinə görə, Trabzon təmsilçisi Fatih Tekkenin gedişindən sonra boşalan posta 39 yaşlı mütəxəssisi əsas namizəd kimi görür.
"Trabzonspor" Turanla yanaşı, Stiven Cerrard, Tiaqo Motta və Fabio Kannavaronun da namizədliyini nəzərdən keçirir.
Qeyd edək ki, Turan ötən yay "Şaxtyor"un "sükanı arxasına" keçib. Komanda onun rəhbərliyi altında Ukrayna çempionatının qalibi olub və Konfrans Liqasında yarımfinala yüksəliblər. Məşqçi Türkiyədə daha əvvəl "Eyüpspor"u çalışdırıb.