Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi davam edir. Sport24.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Beləliklə, növbəti beş 1/8 finalçının adına aydınlıq gəlib.
"İmişli" "Qaradağ Lökbatan"ı, "Şahdağ Qusar" MOİK-i, "Şamaxı" isə "Haypers"i mübarizədən kənarlaşdırıb. "Şəfa" "Ağstafa Gəncləri"nə qalib gələrək növbəti mərhələyə adlayıb.
Günün son matçında isə Kəpəz" "Bakı Sportinq"ə qalib gəlib və 1/8 finala vəsiqə qazanıb.
28 oktyabr (çərşənbə)
14:00. "İmişli" – "Qaradağ Lökbatan" - 4:1
Qollar: F.Nəbiyev, 73, S.Fərəcov, 86, 90, D.Kardozu, 90+4 - Ə.Əlizadə, 44
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev
Yevlax şəhər stadionu
14:00. MOİK – "Şahdağ Qusar" - 1:9
Qollar: Q.Səfərov, 46 - A.Çipesse, 28, 45, 79, J.Zenqo, 43, M.İsayev, 54, M.Baxşalı, 58, A.Dauda, 63, 66, G.Əsədov, 81
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov
Binə qəsəbə stadionu
14:00. "Hypers" – "Şamaxı" - 1:5
Qollar: M.Məmmədov, 62 - O.Məmmədov, 4, E.Adilxanov, 35, T.Dequ, 60, H.İsmayılov, 74, T.Axvlediani, 82
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev
Şamaxı şəhər stadionu
16:00. "Şəfa" – "Ağstafa Gəncləri" - 9:2
Qollar: B. Dansoko, 3, 9, 28, T. Fuller, 14, 31, E. Məmmədov, 17, 30, V. Qənbərov, 25, L. Felipe, 87 - E. Qasımov, 44-pen; H. Aliyev, 61
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov
"SOCAR Polymer Arena"
19:00. "Kəpəz" – "Baku Sportinq" - 3:1
Qollar: V. Abdullayev, 2, C. Əlizadə, 77-avtoqol, H. Babayev, 79 - Ə. Babayi, 12
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev
Gəncə şəhər stadionu