İmanol Alquasilin "Olimpiakos"un yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.

 

Alquasilin son iş yeri Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubu olub. O Səudiyyə təmsilçisindən 2026-cı ilin fevralında ayrılıb. Bundan əvvəl isə mütəxəssis "Real Sosyedad"ın "sükanı arxasında" olub. 

 

Qeyd edək ki, "Olimpiakos" ötən gün Xose Luis Mendilibarla yollarını ayırıb. İspaniyalı mütəxəssisin rəhbərliyi altında "qırmızı-ağlar" Super Liqanın, həmçinin Yunanıstan Kuboku və Yunanıstan Super Kubokunun qalibi olublar. Bundan başqa "Olimpiakos" Mendlibarın dönəmində, 2023/24-cü il mövsümündə UEFA Konfrans Liqasını qazanıb.