"Qalatasaray"dan ayrılan Mauro İkardi karyerasını Braziliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "TyC Sports" nəşri məlumat yayıb.
"Atletiko Mineyro" argentinalı forvardla danışıqlara başlayıb.
İkardi hazırda klubsuzdur. Onun adı daha öncə "Latsio" ilə hallanmışdı. Lakin tərəflər danışıqlarda ortaq məxrəcə gələ bilməmişdi.
İkardi 2023-2026-cı illərdə "Qalatasaray"da forma geyinib. O, daha əvvəl "İnter", PSJ kimi klublarda da top qovub.