"Mançester Yunayted"in əfsanəvi futbolçusu Pol Skoulz sabiq komandasının çıxışını tənqid edib. Sport24.az xəbər verir ki, 51 yaşlı keçmiş yarımmüdafiəçi "The Good, The Bad & The Football" podkastında "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasında "Everton"la keçirdiyi oyun barədə fikirlərini bölüşüb.
Skoulz "Mançester Yunayted"in rəqibinə qarşı kifayət qədər aqressiv oynamadığını bildirib.
"Everton"la görüş 2:2 hesabı ilə başa çatıb. Benjamin Şeşko matça sonradan daxil olaraq qol vursa da, keçmiş futbolçu slovakiyalı hücumçunun start heyətində yer almamasını düzgün qərar hesab etməyib.
""Everton"a qarşı çox çəkingən idilər. Aqressiya yox idi. "Everton"u məğlub etmək mümkün idi, meydanda çoxlu boşluqlar var idi. Amma onlar rəqibin boğazından yapışmağa çalışmadılar.
Mərkəz hücumçusu mövqeyi bir qədər problem yaradır. Çünki Şeşko oynamır. O, hücumda əsas fiqurdur. Mərkəz hücumçusu olmayan "Mançester Yunayted"i izləmək çox çətindir", – Skoulz deyib.
Qeyd edək ki, "Mançester Yunayted" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Sabah"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.