"Neftçi" Misli Premyer Liqasının 5-ci turunda qarşılaşacağı "İmişli" ilə matçın hazırlığını yekunlaşdırıb. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
"Ağ-qaralar" hazırlıq prosesindən sonra səfərə yollanıb.
Qeyd edək ki, sentyabrın 11-də Yevlax şəhər stadionunda keçiriləcək "İmişli" – "Neftçi" matçı saat 16:30-da başlanacaq.