"Bavariya"nın idman direktoru Maks Eberl yarımmüdafiəçi Maykl Olislə bağlı danışıb. Sport24.az xəbər verir ki, klub rəsmisi fransalı futbolçunu heç bir halda satmayacaqlarını deyib:
"Çempionlar Liqasını qazanmaq istəyirsinizsə, Olis kimi oyunçunu satmaq haqqında düşünə bilməzsiniz. Münhenlilərin fərqi budur. Biz satmağı yox, inkişaf etməyi, kuboklar qazanmağı düşünürük. Heç bir məbləğ bizim fikrimizi dəyişdirə bilməz".
24 yaşlı futbolçunun adı "Real"la hallanırdı.