Slovakiyanın "Slovan" klubu Çempionlar Liqasının əsas mərhələsinin I turunda PSJ-yə uduzub – 1:6. Sport24.az xəbər verir ki, Bratislava təmsilçisinin baş məşqçisi Yaya Ture adını turnirin tarixinə yazdırıb.

 

O, Çempionlar Liqasının əsas mərhələsində iştirak edən ilk afrikalı məşqçi olub.

 

Ture bu ilin yayında "Slovan"la 3 illik müqavilə imzalayıb.

 

Yaya Ture futbolçu kimi "Mançester Siti", "Barselona" kimi komandalarda forma geyinib. O, Fil Dişi Sahili yığmasının da üzvü olub.