"Turan Tovuz" heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi Aleksa Yankoviçlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq "Sumqayıt"ın formasını geyinən serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.