"Zirə" heyətini yeni müdafiəçi ilə gücləndirib. Sport24.az xəbər verir ki, "qartallar" Mehdi Mişahşahı transfer edib.

 

Bunu klubun mətbuat xidməti açıqlayıb.

 

Futbolçu "Zirə" ilə 3 illik müqavilə imzalayıb.

 

Mərakeşli oyunçu son olaraq ölkəsində "Raja Kasablanka" klubunda çıxış edib.

 

22 yaşlı Mehdi Mişahşah "Raja Kasablanka"dan əvvəl Mərakeşin "Kentira" klubunda forma geyinib.