"Real" Arda Gülərin müqaviləsinin müddətini artırmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Artıq klubla türkiyəli futbolçu arasında razılıq əldə olunub. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2032-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. Gənc oyunçunun hazırkı anlaşması 2029-cu ilin 30 iyun tarixinə kimidir.

 

Qeyd edək ki, "Real" Arda Güləri 2024-cü ilin yayında "Fənərbaxça"dan 28 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.