"Gəncəbasar" transfer çalışmaları çərçivəsində Sloveniyanın "Çelye" klubundan Algirdas Kristupas Padegiması icarəyə götürüb. Sport24.az xəbər verir ki, icarə müqaviləsinin müddəti bir illikdir.

 

Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

18 yaşlı litvalı yarımmüdafiəçi mövqeyində çıxış edir. O, ölkəsinin U-17 və U-19 yığmalarına dəvət alıb.