"Barselona" itki ilə üzləşib. Spport4.az xəbər verir ki, Kataloniya klubunun müdafiəçisi Andreas Kristensen zədələnib.

 

Danimarkalı oyunçu La Liqada "Sevilya" ilə matçda xəsarət alıb.

 

Kristensenin son durumu tibbi müayinədən sonra bilinəcək.

 

"Barselona" "Sevilya"nı 3:1 hesabıyla məğlub edib.