"Karvan-Yevlax"dan ayrıkan Moyze Nqvisani karyerasını Afrikada davam etdirəcək. Sport24.az xəbər verir ki, alman müdafiəçi "Əl-Bəşayir" klubu ilə anlaşıb.

 

Bu barədə Liviya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə müqavilə bir illikdir.

 

27 yaşlı müdafiəçi ötən mövsüm "Karvan-Yevlax"ın formasını geyinib. O, Premyer Liqada 27 matça çıxıb.