Kaunasda Litva və Azərbaycan arasında keçiriləcək D2 Qrup UEFA Millətlər Liqası matçı üçün bilet satışı davam edir. Sport24.az xəbər verir ki, Litva Futbol Federasiyasının məlumatına görə, Darius i Girėnas stadionunun tutumu 15.000 olsa da, indiyə qədər 5000-dən çox bilet satılıb.
Litva millisinin heyətində bir dəyişiklik olub. Zədəli müdafiəçi Dominikas Barauskasın ("TransINVEST") yerinə heyətə Deyvidas Maljinskas ("Banqa") cəlb olunub.
Qeyd edək ki, Litva - Azərbaycan matçı 27 sentyabrda yuxarıda adı çəkilən stadionda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.