Vedat Muriqi "Fənərbaxça"nın heyətində Türkiyə çempionatında bir oyunda 4 qol vuran futbolçular sırasına qoşulub. Sport24.az xəbər verir ki, kosovolu hücumçu "Eyüpspor"la qarşılaşmada 4 qol vuraraq cəmi 55 dəqiqədə pokerə imza atıb.
O, 7, 21, 47 və 55-ci dəqiqələrdə fərqlənib.
Xatırladaq ki, bu, Muriqinin klub karyerasında rəsmi matçda ilk pokeridir. O, daha əvvəl 2021-ci il iyunun 1-də Kosovo millisinin heyətində San Marino ilə yoxlama oyununda 4 qol vurub.
Qeyd edək ki, matç "Fənərbaxça"nın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.