"Sabahın Ulduzları" Bakı Kubokunda U-15 liqasının yarımfinal oyunları keçirilib. Sport24.az xəbər verir ki, günün ilk matçında "Ulduz" və "Qarabağ" qarşılaşıb.
N. Bəylərlinin 12-ci dəqiqədə vurduğu yeganə qol "Ulduz"a 1:0 hesablı qələbə qazandıraraq finala yüksəlməsini təmin edib.
Digər yarımfinal matçında isə "Neftçi" və EFA üz-üzə gəlib. Bolqollu keçən görüşdə "Neftçi" rəqibini 4:2 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Qeydə alınan nəticələr:
Ulduz – Qarabağ 1:0
Qol: N. Bəylərli, 12
Neftçi – EFA 4:2
Qollar: H. Əliyev, 27, S. Orucov, 55, Q. Babayev, 60 (pen.), 63 – T. Zahidov, 20, 66