Albaniya çempionatında 5-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" doğma meydanda "Partizani" komandasını qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Zamiq Əliyev matçın ikinci hissənin əvvəlində meydana daxil olub və sonadək oynayıb.

 

20 sentyabr

 

"Eqnatiya" - "Partizani" - 2:1

 

Qollar: K.Lukili, 31, A.Albanese, 71 // V.Muratay, 73

 

Qeyd edək ki, bu nəticədən sonra "Eqnatiya" 12 xalla ikinci pillədə qərarlaşıb.