Azərbaycan Basketbol Liqasının (ABL) ikinci divizionunun start tarixi hələlik müəyyənləşməyib. Sport24.az azb.az-a istinadən xəbər verir ki, yeni divizionda mübarizə növbəti aydan başlayacaq.
Çempionatın dəqiq başlanma tarixi isə hələ açıqlanmayıb.
Burada mübarizə aparacaq altı komanda da artıq məlumdur: "Quba", AzTU, "Şəki", "Alov Basket", ASA (Azerbaijan Sports Academy) və "Lənkəran".