Azərbaycanın 1-ci Liqa təmsilçisi "Difai" əcnəbi futbolçusu Ondo Uorren-Llyodla yollarını ayırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, qabonlu hücumçu karyerasını ölkəsində davam etdirəcək.

 

22 yaşlı oyunçu "Lambarene"yə keçir.

 

Afrikalı forvard indiyədək Azərbaycanın "Zaqatala" klubu ilə yanaşı, Moldovanın "Dinamo-Avto" və Fransanın "İstr" komandalarının da formasını geyinib.