Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün son yoldaşlıq oyununu keçirəcək. Sport24.az xəbər verir ki, U-20 Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 16:00-da başlanacaq.
Qeyd edək ki, qarşılaşma "CBC Sport"un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.