İngiltərəli hücumçu Harri Keyn "Bavariya" ilə müqaviləsini uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

 

Tərəflər arasında danışıqlar son mərhələdədir.

 

"Bavariya" Keynlə müddəti 2029-cu ilin yayına kimi olan müqavilə imzalayacaq.

 

33 yaşlı futbolçu 2023-cü ildən Münhen klubunda çıxış edir. Onun cari müqaviləsi 2027-ci ilin iyuluna kimidir.

 

Qeyd edək ki, Keyn bu mövsüm Bundesliqada 4 oyunda 3 qol vurub.