"Beşiktaş" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın futbolçusu Milot Raşiça zədələnib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Kosovo yığmasının düşərgəsində zədə alan Milot azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2023-cü ildən "Beşiktaş"da çıxış edir. O, bu mövsüm Super Liqada iki matçda meydanda olub.