2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail" heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi milli komandamızın da formasının geyinmiş, son olaraq Türkiyədə "Serik Spor" klubunda çıxış etmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb.
Karyerası ərzində "Keşlə", "Sumqayıt", "Zirə", "Turan Tovuz" və "Manisa"da çıxış etmiş 28 yaşlı cinah müdafiəçisi Azərbaycan Premyer Liqasında ümumilikdə 193 qarşılaşmada meydana çıxıb və 13 qola imza atıb.