Türkiyənin "Gənclərbirliyi" klubu baş məşqçi postu üçün Argentina futbolunun tanınmış simalarından Karlos Teveslə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Ankara təmsilçisi Mətin Diyadinlə yolların ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxıb. Klubun namizədləri arasında 42 yaşlı argentinalı mütəxəssisin də olduğu bildirilir.
Karlos Teves futbolçu karyerası ərzində Argentina millisinin heyətində çıxış edib, həmçinin ölkəsinin "Boka Xuniors", İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti", eləcə də İtaliyanın "Yuventus" klublarında forma geyinib.
Qeyd edək ki, Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Teves "Rosario Sentral", "İndependyente" və son olaraq "Talyeres" komandalarına rəhbərlik edib.