Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları daha 2 medal qazanıblar.

 

81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli mundialda 3-cü yeri tutub. İdmançımız qazaxıstanlı Abilayxan Zubanazar üzərində ipponla qələbə qazanaraq, turnirin bürünc mükafatına sahib çıxıb.

 

Azərbaycanın aktivinə digər medalı isə Zelim Tçkayev yazdırıb. Cüdoçumuz finalda Gürcüstanı təmsil edən üçqat dünya çempionu Tato Qriqalaşvili ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Tçkayev dünya çempionatının gümüş medalını əldə edib.

 

Qeyd edək ki, əvvəlki günlərdə Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.