"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays müqaviləsini uzadacağı təqdirdə klubun ən çox qazanan oyunçularından birinə çevriləcək. Sport24.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.
Yarımmüdafiəçi hazırda həftəyə 240 min funt-sterlinq qazanır. Yeni müqaviləyə əsasən, onun gəliri təxminən 350 min funt-sterlinqə yüksələcək və bununla da o, "topçular"ın hazırkı ən yüksək maaş alan oyunçusu Bukayo Sakanın göstəricisinə çatacaq.
Daha əvvəl məlumat verilmişdi ki, klub 27 yaşlı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib və razılaşmanın tezliklə yekunlaşması gözlənilir. Yeni müqavilənin 2031-ci ilin yayına qədər qüvvədə olacağı nəzərdə tutulur.
Qeyd edək ki, Rays "Arsenal"a 2023-cü ilin yayında qoşulub. O, ötən mövsüm bütün turnirlərdə 55 oyuna çıxaraq 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Cari "futbol ili"ndə isə 7 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.