"Real" qış transfer pəncərəsi zamanı ukraynalı qapıçı Andrey Lunini icarəyə verməyi nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə The "Athletic" məlumat yayıb.

 

Baş məşqçi Joze Mourinyo ukraynalı qapıçının 2027-ci ilin yayında isə ümumiyyətlə satılmasını istəyir.

 

Daha əvvəl bildirilmişdi ki, Lunin bu mövsüm "Real"ın heyətində, yalnız Kral Kuboku (Copa del Rey) matçlarında çıxış edəcək. Joze Mourinyo qapıçılar arasında rotasiya etməyi planlaşdırmır. Bu isə o deməkdir ki, liqa oyunlarında qapını Tibo Kurtua qoruyacaq.

 

"Kral klubu" həmçinin Raul Asensio ilə yolları ayırmağı planlaşdırır. Müdafiəçi sağ baldır sümüyünün sınması səbəbindən əməliyyat olunub. Asensionun dekabrda yaşıl meydanlara qayıtması gözlənilir.