Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Vinçenzo Montellanı istefaya göndərməyi planlaşdırır. Onun rəhbərliyi altında komanda cari Millətlər Liqasında keçirdiyi hər dörd oyununda məğlub olub və qrupda sonuncu yeri tutur. Sport24.az xəbər verir ki, bu barədə sosial media hesabında insayder Yakup Çınar paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, Türkiyə tərəfi italiyalı baş məşqçi ilə artıq bu cümə günü yollarını ayıra bilər.

 

Federasira rəhbərliyi Donetsk "Şaxtyor"unun baş məşqçisi Arda Turanı onun əvəzinə gətirməyi nəzərdən keçirir. Hətta rəsmilər Ardaya Ukrayna klubunda işini davam etdirmək şərti ilə millinin "sükanı arxasına" keçməyi təklif edəcəklər.