"Bavariya"nın baş məşqçisi Vensan Kompani açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında komandanın hədəflərindən söz açıb:
"Mövsümün əvvəlində demişdim, Çempionlar Liqasını qazanmaq istəyirik. İndi danışmaq yox, nəticə göstərmək lazımdır. Hazırda Liqa mərhələsindəyik və ilk missiyamız buranı keçməkdir. Bundan sonra yolumuzun necə olacağını görəcəyik. İstənilən halda, çempion olmaq istəyiriksə, bütün komandalardan yaxşı olmalıyıq".
Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasında I turda "Bodo-Qlimt"i darmadağın edib – 5:0. Komanda Norveçin "Vikinq", İngiltərənin "Arsenal", "Mançester Yunayted", Çexiyanın "Slaviya", İspaniyanın "Atletiko", "Betis" və Fransanın "Lill" komandaları ilə qarşılaşacaq.