"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi son olaraq Albaniyanın "Elbasani" klubunun formasını geyinmiş Samuel Nongohla müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kamerunlu vinger daha əvvəl Türkiyədə "Adana Demirspor", Ukraynada "Veres", Xorvatiyada "Slaven"də çıxış edib.
Qeyd edək ki, "Səbail" I Liqada 3 turdan sonra 7 xalla 3-cü sıradadır.