I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Zaqatala" futbol klubunun üzvü Əfqan Əliyev mükafatlandırılıb. Sport24.az xəbər verir ki, sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı IV turun "Şahdağ Qusar" – "Zaqatala" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.