"Kəpəz" Misli Premyer Liqasının VII turunda bu gün "Araz-Naxçıvan"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, komandalar indiyədək çempionatda 15 dəfə üz-üzə gəlib. Bu görüşlərin 7-də Naxçıvan təmsilçisi, 6-da "Kəpəz" qalib gəlib, 2 matç isə heç-heçə başa çatıb. Topların nisbətində Gəncə klubu 20:17 hesabı ilə öndədir.

Lakin son qarşılaşmalar "Kəpəz" üçün ciddi həyəcan siqnalıdır. "Sarı-göylər" çempionatda "Araz-Naxçıvan"la keçirdiyi son 7 oyunun heç birində qol vura bilməyib. Başqa sözlə, komanda artıq Premyer Liqada 7 matçdır ki, bu rəqibin qapısının yolunu tapa bilmir.

Vəziyyəti daha da ağırlaşdıran məqam isə son 3 görüşün nəticəsidir. Naxçıvan təmsilçisi bu matçların hər birində "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Yəni Gəncə klubu son 3 oyunda nə qol vura bilib, nə də rəqibindən xal qazandıb.

"Kəpəz"in Premyer Liqada "Araz-Naxçıvan" üzərində son qələbəsindən isə artıq il yarımdan çox vaxt keçib. Gəncə təmsilçisi sonuncu dəfə 2024-cü ilin aprelində 2:1 hesabı ilə qalib gəlib.

Bu statistika "Kəpəz"in qarşıdakı görüşdə təkcə 3 xal deyil, həm də uzun müddətdir davam edən uğursuz seriyanı qırmaq üçün meydana çıxacağını göstərir.

Qeyd edək ki, bu gün Şamaxı şəhər stadionunda keçiriləcək "Araz-Naxçıvan" – "Kəpəz" oyunu saat 16:00-da başlayacaq.