Kamerun millisinin sabiq üzvü Jan Manqa-Onqene 80 yaşında dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

Keçmiş futbolçunun ölüm səbəbi açıqlanmayıb.

 

Manqa-Onqene bütün karyerasını "Kanon Yaunde" klubunda keçirib. O, bu komanda ilə Kamerun çempionluğunu və Kamerun Kubokunu hər birini altı dəfə, Afrika Çempionlar Liqasını isə üç dəfə qazanıb.

 

Qeyd edək ki, o, milli komanda ilə 1972-ci il Afrika Millətlər Kubokunda bürünc medal əldə edib. 1980-ci ildə isə hücumçu Afrikada"İlin futbolçusu" seçilib.