Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe quruma üzv olan bütün 54 assosiasiyanın FIFA prezidentliyinə keçiriləcək növbəti seçkilərdə Canni İnfantinonun namizədliyini dəstəklədiyini bildirib. Sport24.az xəbər verir ki, bu barədə "Afrika Footbal" məlumat yayıb.

 

İnfantino oktyabrın 8-də CAF-ın Kabo-Verdedə keçirilən strateji konfransının ikinci günündə iştirak edib.

 

Motsepenin sözlərinə görə, bu qərar FIFA prezidentinin Afrika futbolunun inkişafına verdiyi töhfəyə əsaslanır.

 

İnfantino bir müddət əvvəl FİFA-nın dünya çempionatındakı payın özəl investorlara satılmasını təklif etmiş, lakin genişmiqyaslı tənqidlərdən sonra bu fikirdən imtina etmişdi.

 

Qeyd edək ki, İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini icra edir.