Nik Voltemadenin uğursuz startından sonra "Yuventus" mərkəz hücumçusu mövqeyini gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir. Sport24.az xəbər verir ki. bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, namizədlər arasında "Əl-Qadisiyə"nin hücumçusu Mateo Retegi, "Monako"nun forvardı Folarin Baloqun və hazırda "Frozinone"də icarə əsasında çıxış edən, hüquqları "Bolonya"ya məxsus Antonio Raymondo yer alıb. 

 

Voltemade yay "transfer pəncərəsi"ndə icarə əsasında"Nyukasl"dan "Yuventus"a keçib. Müqavilədə məcburi satınalma bəndi nəzərdə tutulmayıb və klub hazırda yayda almaniyalı futbolçunun İngiltərə təmsilçisinə geri qaytarılması variantına daha çox üstünlük verir.

 

Qeyd edək ki, Voltemade "Yuventus"un heyətində A Seriyasında üç oyuna çıxsa da, nə qol, nə də məhsuldar ötürmə ilə yadda qala bilib. O, komanda üçün yeganə qolunu Avropa Liqasında NEC-ə qarşı keçirilən və 5:0 hesabı ilə başa çatan matçda penaltidən vurub.