AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

 

O, DÇ-2027-nin seçmə mərhələsində Albaniya və Uels arasında oynanılacaq pley-off qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, Pley-offun I raununun görüşü oktyabrın 9-da Albaniyanın Şkoder şəhərində yerləşən "Loro Boriçi" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.