Azərbaycan taekvondoçusu Qaşim Maqomedov (58 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək qran-pri turnirində iştirak edəcək. Sport24.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında oktyabrın 9-da mübarizəyə qoşulacaq.
Oktyabrın 11-nə qədər davam edəcək Qran-pri Olimpiadaya reytinq xalları qazandıran mühüm yarışlardan biridir.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Azərbaycanı hakim kimi təmsil edəcək.