"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, bilet qiymətləri 15, 40, 50, 75, 120 və 650 manatdır.
Bakı təmsilçisi oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.
Azarkeşlər matçın biletlərini "iTicket.az"ın internet saytından onlayn əldə edə bilərlər.
Qeyd edək ki, "Sabah"ın bundan öncə qarşılaşacağı "Slaviya" ilə ev oyununa da bilet satışı davam edir.