İngiltərə millisinin futbolçusu Morqan Rocers "Qızıl top"la bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, vinger mükafata komanda yoldaşı Harri Keynin layiq olduğunu bildirib:

 

"Qızıl top" Keynə verilməlidir. Bu il 3 titul qazanıb, finallarda het-trik edib, ən çox qola imza atıb. Mükafat üçün daha nə etməlidir?"

 

Qeyd edək ki, "Qızıl top"un qalibi oktyabrın 26-da açıqlanacaq. Favoritlər Kilian Mbappe, Lamin Yamal və Harri Keyndir.