"Neftçi" Misli Premyer Liqasının 7-ci turunda qarşılaşacağı "Sabah" klubu ilə matçın hazırlığı başa çatıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
"Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Sabah" görüşü oktyabrın 9-u saat 19:30-da başlanacaq.
Qeyd edək ki, matçın biletlərini "Neftçi"nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.